Bakıda avtobus minik avtomobili ilə toqquşub, ölən var
  • HADİSƏ

  • 11:07 02 Aprel 2019

Bakıda avtobus minik avtomobili ilə toqquşub, ölən var

Bakının Qaradağ rayonunda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

ONA-nın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb. 1964-cu il təvəllüdlü Hüseynov Rövşən Lətif oğlu idarə etdiyi “Mercedes-Benz- Sprinters” markalı avtobusla Bakı şəhəri, Lökbatan qəsəbəsində yaşayan Babayev Əlibala İbrahim oğlunun idarə etdiyi  “VAZ-21099” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-21099”un sürücüsü Ə.Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Həmin avtomobildə olan sərnişin, 1976-cı il təvəllüdlü Qəhrəmanov Fazil Qədir oğlu xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan Məmmədli

Teqlər: sərnişin avtobusu qəza Səngəçal

OXŞAR XƏBƏRLƏR