• HADİSƏ

    12:24 6 mart 2019

Qarajdan 17 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Bakıda qarajdan 17 min manatlıq oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan Namiq İmanovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki qarajların birindən 17 760 manat dəyərində avtomobil üçün ehtiyat hissələri oğurlaması da müəyyən edilib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR