• HADİSƏ

    07:39 9 may 2020

Qax rayonunda xəstəxanaya it dişləməsi diaqnozu ilə 10 nəfər müraciət edib

Qaxda bir gündə 10 nəfəri it dişləyib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Kötüklü kənd sakini, 2007-ci il təvəllüdlü Qoqa Qoqia oğlu Qaqiraşvili sol ayağının baldır nahiyəsənin, Zaqatala rayonun Bəhmətli kənd sakini, 2010-cu il təvəllüdlü Aqil Qoşqar oğlu Haqverdili isə hər iki ayağının it dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

APA-nın əldə etdiyi məlumata görə, bu gün Qax rayonunun 10 sakini (onlardan beşi Dəymədağlı kənd sakini olmaqla qalanları Almalı, Qorağan, Qaratala və Kötüklü kənd sakinləridir) it dişləməsi xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR