• HADİSƏ

    21:36 13 aprel 2019

Qaxda 12 yaşlı oğlanı ilan sancıb

Qax rayonunda bədbaxt hadisə baş verib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qapçay kəndinin inzibati ərazisində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Xəlil Ramiz oğlu Babayev ailəsinə məxsus mal-qaranı axtaran zaman qəfildən yıxılıb.

Bu zaman onun sol əlinin baş barmağından ilan sancıb. X. Babayev yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssəsindən ONA-ya bildirlib ki, X. Babayevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR