Qaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə martın 8-i gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Qax rayonu Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Balakəndən Bakı istiqamətində hərəkətdə olan Balakən rayonu Talalar kənd sakini, 1977-ci il təvəllüdlü Səməd İslam oğlu Qurbanovun idarə etdiyi 99-EB-033 dovlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili ilə Yevlaxdan Balakən istiqamətində hərəkətdə olan 34-BD-566 dövlət qeydiyyat nişanlı "Qazel" markalı mikroavtobus toqquşub.
Qəza nəticəsində bir nəfər şəxsiyyəti hələlik dəqiqləşməyən Balakən rayon sakini hadisə yerində ölüb. Daha bir Balakən rayon sakini, 27 yaşlı Nail Kamil oğlu Xanlayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.