Qax rayonunda gənc oğlan özünü asaraq intihara cəhd edib.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18:00
radələrində, rayonun Əlibəyli kənd inzibati ərazisində baş verib.
Kənd sakini 22 yaşlı Qoça Aslanazaşvili intihat etmək məqsədi ilə özünü yaşadığı evin
yaxınlığındakı fındıq bağında ağacdan asıb. Q.Aslanazaşvili son nəfəsində
yaxınları tərəfindən xilas edilib. O, ağır vəziyyətdə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan ONA-ya bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən Q.Aslanazaşviliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşməyə doğru gedir.
Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.