• HADİSƏ

    21:07 11 sentyabr 2019

Qaxda azyaşlını avtomobil vurub

Qaxda 12 yaşlı qızı maşın vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Tasmalı kənd sakini, 12 yaşlı Ləman Nurlan qızı Mirzəzadə kəllə-beyin travması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlumatda bildirilir ki, L.Mirzəzadəni yaşadığı kəndin ərazisində minik avtomobili vurub. L.Mirzəzadənin müayinə və müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR