• HADİSƏ

    09:07 24 may 2019

Qaxda baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Qaxda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Qax-Qum avtomobil yolunda baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər, Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü Tural Ramiz oğlu Həsənov və Qax rayonu Fıstıqlı kənd sakini, 1963-cü il təvəllüdlü Fərrux Səməd oğlu Səmədov müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Qax rayon sakini F. Səmədov xəsarətləri yüngül olduğundan xəstəxanaya getməkdən imtina edib. T. Həsənov isə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR