• HADİSƏ

    09:49 7 may 2019

Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıb

Qaxda həmyerlisinin avtomobilini qaçıran yeniyetmə saxlanılıb.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə, Qax şəhər sakini İlham Qasımov DİN-in “ 102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “ VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib. Məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR