İyunun 8-də saat 23:00 radələrində Qax rayonunun Üzümlü kənd sakini, iki yaşlı Rəhim Eyvaz oğlu Camalovu ilan sancıb.
APA-nın yerli bürosunun məlumatına görə, uşaq dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı R.Camalovu yaşadığı evin eyvanında, sağ əlindən ilan sancması məlum olub. Xəstəxananın reanimasiya
şöbəsinə yerləşdirilən R.Camalova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.