• HADİSƏ

    17:55 15 may 2019

Qaxda məhbus daşıyan maşın qəzaya düşüb, 1 polis, 2 məhbus xəsarət alıb - YENİLƏNİB

Qaxda məhbus daşıyan maşının qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

ONA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, baş verən qəza nəticəsində məhbus daşıyan maşında olan şəxslər - polis əməkdaşı, 1988-ci il təvəllüdlü Anar İlham oğlu Alışov, məhbuslar - Balakən rayonu Talalar kənd sakini, 1987-ci il təvəllüdlü Asəf Mustafa oğlu Yolçuyev və Balakən rayonu Tülü kənd sakini, 1973-cü il təvəllüdlü Xalid Məcid oğlu Bayramov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 16:35

Qaxda məhbus daşıyan maşın minik avtomobili ilə toqquşub.

ONA-nın məlumatına görə, hadisə Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə məhbus daşıyan maşında olan iki polis əməkdaşı xəsarət alıb. Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alan polislər Balakən rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR