• HADİSƏ

    23:17 28 may 2019

Qaxda Qarabağ müharibəsi əlilinin meyiti tapılıb

Qaxda yol kənarından kişi meyiti tapılıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, bu axşam saat 20:00 radələrində Qax rayonunun Güllük kəndi ərazisində, yolun kənarında kənd sakini, 1968-ci il təvəllüdlü Cahangir Zakir oğlu Məmmədovun meyiti aşkar edilib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. C.Məmmədovun hansı səbəbdən ölməsi araşdırılır.

C.Məmmədovun 1-ci qrup Qarabağ müharibəsi əlili olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR