• HADİSƏ

    18:01 8 may 2019

Qayınanasını öldürüb, arvadını yaralayan şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C.İsgəndərov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. C.İsgəndərov rayonun Əliyar Əliyev küçəsi-24 ünvanında yaşayan qayınanası, 51 yaşlı Fəhminə İsgəndərova və onun qızı Leyla İsgəndərovanı bıçaqlayıb. Onun qayınanası hadisə yerində ölüb, L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətində olub. Daha sonra onun həyatını xilas etmək mümkün olub.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR