Qazaxda bədbəxt hadisə baş verib.
APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınb.
Belə ki, kanalizasiya işləri ilə əlaqədar qazıntı aparılan zaman iki nəfər torpaq uçqununun altında qalıb. Nəticədə onlardan biri - 1983-cü il təvəllüdlü Qocalı Gündüz Məşədi oğlu dünyasını dəyişib. 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar araşdırma aparılır.