• HADİSƏ

    03:24 19 may 2020

Qazax və Ağstafada aşkar olunmuş sursatlar zərərsizləşdirilib - FOTO

Qazax rayonu, Bala Cəfərli kəndi ərazisində əl qumbarası və Ağstafa rayonu, Ağgöl kəndi ərazisində mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya bildirilib ki, bu barədə məlumat Dövlət Sərhəd Xidmətindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin rayonlara göndərilibvə adları qeyd olunmuş rayonların ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayonu, Bala Cəfərli kəndi ərazisindən 1 ədəd F-1 əl qumbarasına oxşar əşya, Ağstafa rayonu, Ağgöl kəndi ərazisindən isə 4 ədəd təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40M13 İN) və 8 ədəd təlim məqsədli 30 mm-lik silah qumbarası (VUS-17) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əşyanın və təlim məqsədli mərmilərin ətrafında 450 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR