• HADİSƏ

    06:53 28 yanvar 2021

Qazax və Goranboyda minaatan mərmisi və qumbaralar aşkarlanıb - FOTO

Yanvarın 27-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Goranboy və Qazax rayonları ərazisində mərmilərin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan APA-ya bildirilib ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları, Daxili İşlər Nazirliyinin Goranboy və Qazax rayon Polis Şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Goranboy və Qazax rayon Polis Şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisindən 1 ədəd 60 millimetrlik M-49 minaatan mərmisi, 3 ədəd F-1 əl qumbarası, 1 ədəd RQO əl qumbarası, 1 ədəd RQN əl qumbarası, 1 ədəd RPQ-18 silahı (raketi ilə birlikdə), 3264 ədəd müxtəlif çaplı patron, 9 ədəd daraq (boş), Qazax rayonunun Fərəhli kəndi ərazisindən isə 1 ədəd 100 millimetrlik top mərmisi (PS-34) aşkarlanıb, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 300 kvadratmetr əraziyə yerüstü, 20 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR