• HADİSƏ

    23:37 22 aprel 2019

Qazaxda 20 yaşlı gənc qətlə yetirilib

Qazaxda qətl törədilib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 17 yaşlı Məhərrəm Qocayev küçədə mübahisə etdiyi 20 yaşlı Rahil Cələddinlini bıçaqlayıb. Bir bıçaq yarası alan R.Cələddinli hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs isə saxlanılıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq gedir.

Fuad Nazimoğlu

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR