• HADİSƏ

    23:32 28 sentyabr 2019

Qazaxda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ağır yaralanıb

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolnunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “NİVA” markalı minik maşını ilə “Mercedes” markalı avtomobil toquşub. Qəza nəticəsində 3 nəfər isə müxtəlif bədən xəsarətləri alıb, hər iki avtomobilə ciddi ziyyan dəyib.

Yaralılar xəsətəxanay yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirlib. Xəstələrin kimilyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR