• HADİSƏ

    09:00 14 aprel 2019

Qəbələdə ev yanıb

Qəbələ rayonunun Bayramkoxalı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 48 m² sahədə, eyvanın tavanı 42 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan birinci mərtəbənin lambirindən ibarət tavanı 72 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR