• HADİSƏ

    20:50 3 mart 2019

Qəbiristanlıqda narkotik gizlədən keçmiş məhkum tutulub

Balakəndə qəbiristanlıqda narkotik vasitə gizlədən keçmiş məhbus saxlanılıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.

Tədbir zamanı rayonun Talalar kənd sakini, 1994-cü il təvəllüdlü Muxtar Sabir oğlu Mustafayev rayon ərazisində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 0,38 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Aparılan ilkin istintaq zamanı M. Mustafayev rayonun Mahmalar kənd qəbiristanlığının ərazisində qurudulmuş marixuana gizlətdiyini bildirib. Hal şahidlərinin iştirakı ilə həmin ərazidən M. Mustafayevin gizlətdiyi 291,81 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, M. Mustafayev 2017-ci ildə CM-nin 177.2.2 maddəsi ilə məhkum olunub.

Faktla bağlı Balakən RPŞ-də istintaq tədbirləri davam etdirilir.

Vüqar Heydərov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR