• HADİSƏ

    16:01 24 may 2019

Qəbiristanlıqda bibisini döyərək öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ONA xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Migirov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq döyüb. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb. Quba Rayon Polis Şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb.

Xatırladaq ki, M.Migirov daha əvvəl Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR