• HADİSƏ

    01:29 27 iyul 2019

Qətl törədən şəxs özünü güllələdi


Saatlı rayonunun Bəylər kəndində güllələnmə hadisəsi qeydə alınıb.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, toydan çıxan Bəylər kənd sakini, Məhərrəmov Fürsət Qoca oğlu qonşusu Həsənov Mübariz Oruc oğlunu ov tüfəngi ilə qətlə yetirib.
Daha sonra yaşadığı ünvanın həyətində özünü güllə ilə vuraraq öldürüb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəl olunub.
Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR