• HADİSƏ

    09:31 11 may 2019

Bakının Heydər Əliyev prospektində qəza olub, nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakının Heydər Əliyev, Şah İsmayıl Xətai prospektləri ilə Yusif Səfərov keçəsinin kəsişməsində iritonajlı yük avtomobili qəza törədib.

Bakı Nəqliyyat Agentliyindən ONA-ya bildirilib ki, bu səbəbdən də hazırda Heydər Əliyev prospektində şəhər istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

"Həmin istiqamətdə hərəkət edən sürücülərdən bunu nəzərə almalarını xahiş edirik", - deyə məlumatda qeyd edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR