• HADİSƏ

    00:45 14 may 2019

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var

Qobustan rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

ONA-nın xəbərinə görə, hadisə rayonun Cəngi qəsəbəsində baş verib.

Belə ki, “KaMAZ” markalı yük avtomobili ilə “NİVA” markalı minik avtomobili toqquşub. Nəticədə “NİVA”da olan sürücü və iki sərnişin ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR