Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Qobustan şəhər sakini, 1975-ci il təvəllüdlü Musayeva Pərvanə Arif qızı və Ərəbqədim kənd sakini, 1999-cu il təvəllüdlü Ayşən Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənib.
Hər iki şəxs təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.