• HADİSƏ

    08:32 25 iyul 2019

Qohumlar arasında mübahisə davaya çevirildi: 3 nəfər xəstəxanalıq oldu


Şəkidə qohumlar arasında baş verən davada 3 nəfər xəsarət alıb.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Yeni Çələbixan qəsəbə sakinləri olan, 1988-ci il təvəllüdlü İlqar Rafiq oğlu Salmanov, İlqarın anası 1957-ci il təvəllüdlü Zümrüd Umud qızı Salmanova və İlqarın qayınanası 1960-cı il təvəllüdlü Solmaz Şöhrət qızı Əbdülova bədənin müxtəlif nahiyələrinin küt travması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Tibb müəssisəsindən bildirilib ki, yuxarıda adları qeyd olunan yaxın qohumlar arasında şəxsi münasibətlər zənmində mübahizə olub. Davaya çevrilən mübahisə zamanı qohumlar bir-birinə xəsarət yetiriblər. Dava zamanı xəsarət alanlardan İ.Salmanovun müalicəsi xəstəxanada davam etdirilir. Z.Salmanova və S.Əbdülovanın xəsarətləri yüngül olduğundan onlara yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR