• HADİSƏ

    02:19 27 iyul 2019

Qonşusu gənc oğlanı kürəyindən bıçaqladı


Sabunçu rayonunda 27 yaşlı oğlan bıçaqlanıb.
APA xəbər verir ki, Hadisə Ramana qəsəbəsində baş verib. 1992-ci il təvəllüdlü Balakişiyev Fəqan Teyyub oğlu qonşusu tərəfindən bıçaqlanıb.
Sağ kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alan yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR