• HADİSƏ

    17:33 6 aprel 2019

Qonşusundan oğurluq edib özünə “Mercedes” alan şəxsin cinayət işi məhkəməyə göndərilib

Xeyli miqdarda oğurluqda təqsirləndirilən Elşad Əhmədəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. İş hakim Rahim Həsənovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası aprelin 9-na təyin edilib.

Qeyd edək ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin əvvəlində rayonun Vəlvələ kənd ərazisində yerləşən evlərin birindən 18.000 manat və 790.000 rus rublu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Elşad Əhmədəliyev olduğu müəyyən edilib. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pulun bir qismi ilə özünə “Mercedes Benz” markalı avtomobil alan Elşad Əhmədəliyev, bir qismini isə restoran və əyləncə mərkəzlərində xərclədiyini bildirib.

Teqlər:

SON XƏBƏRLƏR