• HADİSƏ

    11:45 9 aprel 2019

Qonşusunu kəlbətinlə öldürən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sakit Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

ONA-nın xəbərinə görə, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib. Məhkəmə-tibbi ekspertiza ölmüş şəxsin başına küt alətlə zərbə endirildiyini müəyyən edib. Məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə öldürüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində polis hadisəni törədən 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR