• HADİSƏ

    09:41 20 aprel 2019

Quba, Qusar və Xızıya qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb - VİDEO

Azərbaycanın şimal bölgəsinin bir sıra yaşayış bölgələrinə qar yağıb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, ötən gündən başlayaraq bölgəyə yağmağa başlayan qar Qubanın Qrız kəndində 6 sm, Xınalıqda 4 sm, Xaltanda 3 sm, Xızının Altıağac qəsəbəsində 4 sm, Qusarın Yasab kəndində isə 1 sm təşkil edir. Bəzi ərazilərdə temperatur mənfi 8 dərəcəyədək enib.

Vəli Turan

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR