• HADİSƏ

    12:29 3 aprel 2019

Quba sakini Elmi-Tədqiqat İnstitutuna məxsus 300 meyvə tingini oğurlayıb - VİDEO

Quba rayon sakini Ağalar Yarəliyev rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon ərazisində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsindən meyvə tinglərinin oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan ONA-ya bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, oradan ümumi sayı 300-yə yaxın gilas, heyva, badam və şaftalı tinglərinin oğurlandığı müəyyənləşib.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Barlı kənd sakini, 33 yaşlı Xəyyam Mirişov saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi hadisəni etiraf edərək, tingləri bağ sahəsində əkib becərmək üçün oğurladığını bildirib. Oğurlanan tinglər maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülərək təcrübə bazasına təhvil verilib.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR