• HADİSƏ

    23:18 4 aprel 2019

Quba sakini su kanalında boğulub

Quba rayonunun Nügədi kənd sakini, 1979-cu il təvəllüdlü Nemət Qubadov su kanalında boğulub.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib.

Onun meyitinin sudan çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəli Turan

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR