Qubada naməlum şəxs və ya şəxslər 200-dən çox meyvə ağacını kəsib. ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb. Kənd sakini Etibar Mehbalıyevə məxsus bağda 200-dən çox meyvə ağacı naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək məhv edilib.
Hadisə aprelin 11-dən 12-nə keçən gecə baş verib. Axşam bağda işləyib evə gedən təsərrüfatçı səhər gələndə ağaclarının kökündən kəsilərək məhv edildiyinin şahidi olub.
Bağ sahibi kəsilən 211 ədəd şaftalı ağacının əksəriyyətinin 3-4 illik olduğunu bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinə müraciət olunub.
Vəli Turan