Quba və Qəbələdə meşə yanğınları söndürülüb
  • HADİSƏ

  • 11:29 08 Avqust 2021

Quba və Qəbələdə meşə yanğınları söndürülüb

Quba və Qəbələdə meşə yanğınları olub. 
ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.
Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. 
Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) isə 1,5 ha sahədə quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR