• HADİSƏ

    16:46 20 mart 2019

Qar uçqunu olub, Quba-Xınalıq yolu bağlanıb

Bu gün günorta saatlarında Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

ONA-nın şimal bürosunun məlumatına görə, Quba-Xınalıq yolun 31-32 km qeydə alınan qar uçqunu nəticəsində avtomobillərin hərəkəti məhdudlaşıb, Xınalıq və ətraf kəndlərlə əlaqə kəsilib.

Əraziyə texnika cəlb edilib, yolun qardan təmizlənməsi işləri aparılır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR