• HADİSƏ

    12:04 8 aprel 2019

Qubada evə basqın olub, 13 min manat oğurlanıb

Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girən 4 maskalı şəxs ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb, 13 600 manat pul və mobil telefon aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H. Hətəmov və Z. İsmayılov saxlanılıb, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR