• HADİSƏ

    03:03 8 iyun 2019

Qubada avtomobil divara çırpılıb, xəsarət alan var

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA xəbər verir ki, “Kia” markalı minik maşını yol kənarındakı hasara çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb.

Hadisə zamanı yaralı avtomobildə sıxılıb qaldığı üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalan həmin şəxsi deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR