• HADİSƏ

    10:47 2 aprel 2019

Qubada bir qrup şəxs yaşayış evinə basqın edib

Qubada yaşayış evinə basqın olub.

ONA-nın məlumatına görə, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb. Kənd sakini Hamlet İbrahimova məxsus evə daxil olan bir qrup şəxs ev sahibi döyərək onun əllərini, ayaqlarını və ağzını yapışqanla bağlayıblar. Daha sonra naməlum şəxslər evdən 15 min manata yaxın pul götürərək oranı tərk ediblər.

Faktla bağlı polisə məlumat verilib.

Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR