• HADİSƏ

    14:37 2 iyun 2019

Qubada ev yanıb, sahibi ağır yanıq xəsarəti alıb - YENİLƏNİB - FOTO

Qubada yaşayış evində yanğın hadisəsi baş verib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Mirzəbaba Yahirov küçəsində, Niftulla Əliyevə məxsus ikimərtəbəli evdə qeydə alınıb.

Hadisə nəticəsində 240 kv.m sahəsi olan evin 120 kv-m içərisindəki əşyaları ilə birgə külə dönüb. Yanğın zamanı ev sahibinin qardaşı Əlibala Əliyev yanıq xəsarətləri alıb. O, Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Yanğının söndürülməsi üçün əraziyə Quba Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb və ətraf ərazilər mühafizə olunub.

Yanğının səbəbləri araşdırılır.

**

saat 09.14

Quba rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR