Qubada ev yanıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 15:10 21 Aprel 2019

Qubada ev yanıb - FOTO

Bu gün Quba rayonu ərazisində yanğın hadisəsi baş verib. 

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Timiryazev kəndində qeydə alınıb. 

Kənd sakini Əhmədov Samir Camo oğluna məxsus ikimərtəbəli yaşayış evi yanıb. Hadisə yerinə Quba Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb və səbəbləri araşdırılır. 

Ramiz Mikayıloğlu

Teqlər: Qubada ev yanması bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR