Qubada əxlaqsızlıq yuvası aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Quba rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın “Tamerlan” kafesində əxlaqsız yuva təşkil etməsi barədə məlumat daxil olub.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibəsi və oğlu, eləcə də həmin kafedə işləyən 5 qadın saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.