Quba rayonunda xəsarətlə nəticələnən yanğın qeydə alınıb.
ONA-nın məlumatına görə, rayonun Vəlvələ kəndində avtomobil təmiri sexində yanğın baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Siracəddin Şaiq oğlu öz avtomobilini təmir edərkən nəqliyyat vasitəsində yanğın başlayıb. Müxtəlif yanıq xəsarətləri alan S.Məmmədov Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Orxan Məmmədli
Teqlər: Quba Vəlvələ kəndi yanğın avtomobil bütün xəbərlər