• HADİSƏ

    16:37 17 may 2020

Qubada külək beşmərtəbəli binanın damını uçurub, 5 maşına ziyan dəyib - FOTO

Qubada külək bir sıra fəsadlar törədib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR