• HADİSƏ

    09:40 13 may 2019

Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb - FOTO

Qubada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Quba rayonu Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 20 yaşlı Atakişiyev Taleh Allahverdi oğluna məxsus “VAZ- 2109” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı dərəyə aşıb.

Hadisə nəticəsində sürücü T.Atakişiyev, avtomobildə olan Quba şəhər sakini, 1999-cu il təvəllüdlü Əliyev Tural Kamran oğlu və digər bir sərnişin müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR