Qubada meyit tapılıb.
ONA-nın məlumatına görə, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən meyvə bağında üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin rayonun Nərimanabad kənd sakini Malik Bayram oğlu Qafurov olması müəyyən edilib.
Daxil olan məlumat əsasında, Quba rayon Prokurorluğunun və Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, meyitin daxili və xarici müayinəsi aparılıb. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.