• HADİSƏ

    10:56 16 iyun 2019

Qubada minik maşını krana çırpılıb, sürücü ölüb

Bu gün səhər saatlarında Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb.

27 yaşlı Nügədi kənd sakini Şahbaba Hüseynov idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yol kənarındakı qaldırıcı krana çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR