Qubada dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun İqrıq kəndində baş verib.
Kənd sakini, 2005-ci il təvəllüdlü Dilarə Manafova dəm qazından zəhərlənmə diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra o, ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.