Qubada 200 m hündürlükdən dərəyə aşan avtomobilin sürücü xəsarət alıb
  • HADİSƏ

  • 17:04 21 Mart 2019

Qubada 200 m hündürlükdən dərəyə aşan avtomobilin sürücü xəsarət alıb

Qubada minik avtomobili dərəyə aşıb.  

ONA-nın verdiyi xəbərə görə, hadisə rayonun Xırt kəndində baş verib.

Belə ki, “90-HX-904” dövlət nömrə nişanlı KİA markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 200 metr hündürlükdən dərəyə aşıb. Qarla əlaqədar xəsarət almış sürücüyə yardım göstərmək çətin olub. 

Sürücü Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.

Ramiz Mikayıloğlu

Teqlər: avtomobil aşıb. Quba

OXŞAR XƏBƏRLƏR