• HADİSƏ

    18:57 30 mart 2019

Qusar sakini itkin düşüb

Qusarda 28 yaşlı kişi itkin düşüb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun İmamqulukənd kənd sakini Nəriman Əlixlalov Qusar rayon Polis Şöbəsinə müraciət edərək qardaşı 28 yaşlı qardaşı Vilyeddin Əlixlalovun 02.03.2019-cu ildə səhər saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib. Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq itkin düşən şəxsin yerini müəyyənləşdirmək mümkün olmayıb.

İtkin düşən şəxsin əlamətləri: boyu 175 sm, orta bədən quruluşlu, burnu düz, qara saçları, gözlərinin rəngi qarışıqdır. Xüsusi əlamətləri: sağ ayağı ağsıyır, nitqində qüsur var, ruhi xəstədir.

Bu şəxs barəsində məlumatı olan şəxslərdən Qusar rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19 və “102” nömrəlitelefonlara məlumat vermələri xahiş olunur.

Vəli Turan

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR