• HADİSƏ

    10:00 6 may 2019

Qusar sakini maşınla həmkəndlisini vuraraq öldürüb

Qusar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 193-cü km-də, Qusarın Quxuroba kəndi ərazisində qeydə alınıb. Quxuroba kənd sakini, Gülməmməd Fətullayev idarə etdiyi maşınla yolun kənarında hərəkətdə olan həmkəndlisi 85 yaşlı Zariyyat Ataxanovanı vurub. Hadisə nəticəsində xəsarət alan qadın dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR